Krım körpüsünə dəyən ziyanın məbləği açıqlandı

Krım körpüsünə dəyən ziyanın məbləği açıqlandı

Ümumrusiya Sığortaçılar İttifaqı partlayış nəticəsində Krım körpüsünə dəyən ziyanın məbləğini açıqlayıb.

AzerTimes xəbər verir ki, qurum ilkin hesablamalara görə bu ziyanın 200-500 milyon rubl olduğunu bildirib.

“Krım körpüsünün sığorta olunub-olunmadığı haqda məlumat yoxdur. Qaydalara görə, dövlət əmlakları sığorta olunmur”, – məlumatda bildirilib.

Qeyd edək ki, Krım körpüsündə yanacaq daşıyan qatarda partlayış və yanğın bu gün səhər baş verib.

Teqlər: