Dekabrın 19-da təmir işləri ilə əlaqədar Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Təmir-bərpa işləri ilə əlaqədar dekabrın 19-da saat 12:00-dan etibarən Krım körpüsündə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Saat 13:00-dan 18:00-dək nəqliyyatın hərəkəti tam dayandırılacaq”, – nazirlikdən bildirilib.