Krım körpüsündə 24 saat ərzində bərpa işlərinin qrafiki tərtib ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin bildirib.
“Mən göstəriş verdim ki, 24 saat ərzində bərpa işlərinin qrafiki tərtib olunsun”, – Xusnullin vurğulayıb.
O əlavə edib ki, Krım körpüsünün bərpası ilə bağlı qərargahın gündəlik iclasını keçirəcək, ortaya çıxan bütün məsələləri operativ şəkildə həll edəcək.
Qeyd edək ki, ötən gün Krım körpüsündə yük avtomobili partlayıb. Partlayış dalğası yanacaq daşıyan qatarı vurub və 7 sisterndə partlayış baş verib. Nəticədə körpüyə ciddi ziyan dəyib.