Krımın Canköy şəhərində Ukraynanın raketlərlə zərbə endirdiyi hava limanında Rusiyaya aid helikopter və qırıcılar olub.
AzerTimes xəbər verir ki, bu haqda “Hərbi Xəbərlər” Teleqram kanalı məlumat yayıb.
Məlumatda Canköydə hava limanına hücum zamanı 24 helikopter, 6 Su-25 qırıcı təyyarəsinin olduğu bildirilir. Digər tərəfdən, Canköydə yerləşən dəmir yolu stansiyasına da zərbələr endirildiyi deyilir.
Bildirilib ki, Rusiya həmin dəmir yolu xətti vasitəsilə cəbhəyə silah-sursat daşıyırmış.
Qeyd edək ki, bir müddət öncə Ukrayna Silahlı Qüvvələri Krımın Canköy şəhərində hava limanına raket hücumu həyata keçirib.