Krım bu il mühasirəyə alına bilər – Svitan

Krım bu il mühasirəyə alına bilər – Svitan

Krım yarımadasını artıq bu il ABŞ-ın hərbi yardımı olmadan da mühasirəyə almaq mümkündür.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

O bildirib ki, Krım yarımadası özlüyündə coğrafi olaraq “əməliyyat qazanı”na bənzəyir.

Eyni zamanda o, Rusiyanın Qara dəniz donanmasında altıdan artıq desant gəmisinin qalmadığını vurğulayıb.

Svitan onu da əlavə edib ki, Krım körpüləri ilə əlaqə kəsiləcəyi halda yarımadada ordunun ehtiyatı 1,5-2 ay davam edəcək.

Teqlər: