Krım körpüsünün məhv edilməsi olduqca vacibdir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko deyib.
“Krımı hərbi yolla azad edəcəyik. Krım Ukraynadır! Bura bizim torpağımızdır, orada insanlarımız yaşayır. Heç kim Rusiyaya gəlib ordan torpaq götürüb, “bura mənimdir” deməyə haqq verməyib. Xerson, Luqansk və Donetsk kimi Krımı da geri alacağıq”, – Marçenko bildirib.