Kremlin son çabaları – Mixeyev İrana yaltaqlanır…

Kremlin son çabaları – Mixeyev İrana yaltaqlanır…

Hər tərəfdən iqtisadi sanksiyaların ölümcül təsiri altında olan Rusiya artıq dolayısı ilə hansı vəziyyətdə olduğunu etiraf etməyə başlayıb. Moskvanın tanınmış politoloqlarından sayılan Sergey Mixeyevin son açıqlaması bunun barış nümunəsidir.

AzerTimes xəbər verir ki, Rusiya telekanalının efirində Mixeyev Kremlə indiki zamanda hava və su qədər vacib olan İrana necə yaltaqlıq etməyin “dərsini keçib”, Moskvanın MDB üzrə illər boyu dəstək olduğu ölkələri isə “silib atmağı” təklif edib.

“Hadisələrin gedişatından məlum olur ki, İran heç də Qərbin illərdir dünya ictimaiyətinin şüuruna yeritdiyi aqressiv, geridə qalmış, “nüvə silahı düzəldib dünyanı məhv etmək” arzusunda olan dövlət deyil”, – deyə o, nitqinə başlayıb.

O iddia edib ki, İran hazırda “bəzi parametrlərə görə” bir çox dünya güclərindən irəlidədir:

“İranlıların hakimiyyət nümayəndələri ilə danışıqlar aparanda onların nə qədər köklü, qədim bir xalq olduqlarını hiss etmək olur. Bu dərinlik, köklülük onların artıq genindədir. Biz artıq anlamalıyıq ki, İran Rusiyanın strateji əməkdaşıdır. Bu fakt qapalı görüşlər zamanı özünü büruzə verir. Moskvaya bu qədim dövlətlə bir yerdə addımlamaq lazımdır. Biz isə yapışmışıq uydurma tarixi, uydurma respublikaları olan bəzi MDB ölkələrindən. Onlardan bizə yol yoldaşı olmaz. Prosseslər dəyişdikcə bu geydirmə dövlətlər bizə qarşı riakarlıq edəcək. Amma İrana güvənmək olar. Onların, yenə təkrar edirəm, qədim, köklü tarixi var”, – deyə o qeyd edib.

Göründüyü kimi, Mixeyev Rusların illərdir pullar tökdüyü Belarus, Ermənistan kimi dövlətlərdən qurtulmasının vacibliyini önə çəkir, iqtisadi baxımdan çökən Rusiyanın artıq “yedək ölkələri” daşımaq iqtidarında olmadığını etiraf edir və İran kimi dövlətlərə “söykənməyə” çağırış edir.

Teqlər: