Kremlin planı: Putin-Priqojin görüşünün əsl məqsədi…

Kremlin planı: Putin-Priqojin görüşünün əsl məqsədi…

Putinin Priqojinlə görüş qərarı Kremlin bütün bu müddət ərzində kütlələrə aşıladığı ritorika ilə tamamilə ziddiyyət təşkil edir. Çünki iyunun sonunda Putin və Peskov Priqojinin harada olması barədə heç nə bilmədiklərini bəyan ediblər. Ola bilsin ki, Kreml Priqojinin mühakimə olunmadan Rusiyada sərbəst hərəkət edə bilməsi ilə bağlı yaranan bir sıra suallara cavab vermək üçün görüşü ictimailəşdirib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rus təbliğatçı Boris Rojin də istisna etmir ki, bu gün Kreml “Vaqner”dən və Priqojinin özündən çox asılıdır. Əgər vaqnerçilərin lideri fiziki cəhətdən aradan qaldırılarsa, o zaman Putin muzdlularla əlaqə ipini itirəcək. Putin və Priqojin mediaya “sızmayan” məqamları müzakirə ediblər: Priqojin və “Vaqner”in sonrakı taleyi barədə. Bir tərəfdən Priqojindən bütün ittihamlar götürüldü və ona Rusiyada biznesini idarə etməyə icazə verildi, digər tərəfdən isə o, media şirkətlərindən uzaqlaşdırıldı. Və həmin gün, iyulun 10-da Gerasimov iyunun 24-dən sonra ilk dəfə televiziya ekranlarında göründü. Kreml açıq şəkildə bildirdi ki, guya o, ölkədəki vəziyyətə nəzarət edir. Putin bir daha göstərdi ki, o, heç vaxt kənardan təzyiq altında heç kimi işdən çıxarmayacaq və konkret vəzifədən uzaqlaşdırmayacaq.

Şoyqu və Gerasimova ictimai dəstək, Putinin Priqojinlə görüşünün etirafı onu göstərir ki, Kreml qiyamda tələb edilənlərin artıq keçmişdə qaldığını bildirir. İyulun 10-da rus hərbi müxbirlərindən biri “Vaqner” komandirindən müsahibə alıb. Komandir əmin edib ki, şəxsi heyətindən heç biri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamayıb və o, Priqojinin komandanlığı altında döyüşü davam etdirməyə, yaxud da tərxis olunmağa hazırdır”, – məlumatda deyilir.

Qeyd edək ki, Kreml 29 iyunda Priqojin və digər komandirlərin Putinlə görüşdüyünü təsdiqləyib.

Teqlər: