Kremlin kütləvi zərbələrinin səbəbi Krım körpüsü deyil

Kremlin kütləvi zərbələrinin səbəbi Krım körpüsü deyil

Rusiya Ukrayna ilə danışıqların aparılmasını istədiyi üçün ötən gün Kiyev və digər şəhərlərə kütləvi zərbələr endirib.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

Ekspert Putinin arzularının reallaşmayacağını, tezliklə Ukrayna Silahlı Qüvvələrinin cəbhədə yeni uğurlara imza atacağını bildirib:

“Məsələ burasındadır ki, onlar bizi ərazilərinə qatdıqları torpaqlarımızın ilhaqını tanımağa məcbur etmək istəyirlər. İlhaqın tanınması yalnız danışıqlar yolu ilə baş verə bilər. İlhaq o zaman baş verir ki, biz bu ərazilərin başqa dövlətə verilməsi ilə razılaşırıq. Yəni ilhaq zamanı biz onları konstitusiyamızdan çıxarmalıyıq”.

Qeyd edək ki, Rusiya tərəfi Krım körpüsündəki partlayışdan dolayı Ukraynaya kütləvi zərbələr endirildiyini bəyan edib.

Teqlər: