Kremlin Bakıya və Tehrana münasibəti… – Markov

Kremlin Bakıya və Tehrana münasibəti… – Markov

Rusiyanın İranla geopolitik müttəfiqliyi hələ də sual olaraq qalır. Moskvanın Tehranla hərbi-texniki, siyasi əməkdaşlığı var. Amma bu nə qədər uzağa gedə bilər, bunu demək çətindir. İran həmişə öz bildiyini edir.

Bu sözləri AzerTimes-a rusiyalı tanınmış siyasi şərhçi Sergey Markov Rusiya-İran münasibətlərini şərh edərkən deyib.

İranı diplomatik danışaqlarda “çətin ölkə” adlandıran Markov bu ölkədə hələ də antirusiya meyillərinin qaldığını bildirib:

“Bir vaxtlar Rusiyanı “Balaca şeytan” adlandırırdılar. Rus qoşunları Tehranda olarkən, Cənubi Azərbaycanın İrandan ayrılıb, Sovet Azərbaycanına birləşmək imkanı yaranmışdı. Bunlardan sonra İranda antirusiya münasibətləri yaranmışdı və qismən də olsa, qalıb. Ona görə də İran Rusiyanın “qucağına” o qədər də can atmır. Heç Rusiya da bunu istəmir”.

O, Rusiya və İranın siyasi maraqlarındakı ziddiyyətlərdən danışıb:

“İranla Rusiya arasında müəyyən fikir ayrılıqları var. İranda güclü şəriət sisteminin radikal forması mövcuddur. Bu, Rusiyanın o qədər də xoşuna gəlmir. Tehran Rusiyanın dostluq əlaqələri saxlamaq istədiyi İsrailə düşmənçilik edir. Həmçinin, Husi və Hizbullah kimi təşkilatlarla sıx əlaqələri var”.

Markov Rusiya və Azərbaycan əlaqələrindən də danışıb:

“Azərbaycanla İran arasında olan mübahisələrdə Rusiya strateji baxımından Azərbaycana daha yaxındır. Əlbəttə, hər ikisini döst ölkə kimi görür və bu səbəbdən mübahisəli məsələrdə neytral mövqe sərgiləyir. Rusiyanın İranla münasibəti dostluq-müttəfiqlikdir, lakin Azərbaycanla əlaqələri dostluq-qardaşlıqdır”.

Teqlər: