Kremlə zərbə: Rusiya nüvə silahına əl atarsa…

Kremlə zərbə: Rusiya nüvə silahına əl atarsa…

Kremlə dron zərbəsinin nəticəsində partlayışdan sonra Rusiya yenidən nüvə şantajı ritorikasına qayıdır. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiya üçün taktiki nüvədən istifadə “faciəvi nəticələr”(ABŞ rəsmilərinin ifadəsidir) doğuracaq.

Hesab edirəm ki, bugünkü ritorika növbəti blefdir, çünki Rusiya nəticələr və ABŞ tərəfindən atılacaq addımlar barədə xəbərdar edilib.

Yeri gəlmişkən, nüvə silahından istifadə haqda:

1. Nüvə silahlarının 2 növü olur: taktiki və strateji. Taktiki nüvə silahları 10-15 km radiusda hər şeyi məhv etmək gücündədir, strateji nüvə silahları 100-500 km;

2. Texniki olaraq nüvə zərbəsini gözlənilmədən endirmək mümkün deyil. Hazırlıq başlayan kimi ABŞ xəbər tutacaq və preventiv, ya da cavab tədbirlərə hazırlaşacaq;

3. Nüvə silahından istifadə etmək üçün Rusiyada nüvə qüvvələrinə həyəcan siqnalı verilməlidir. Nüvə qüvvələri tam (yüksək yox) hərbi hazırlıq vəziyyətinə gətirilməlidir.

Bu zaman Rusiyanın özündə də panika başlayacaq;

4. Sualtı qayıqlardan nüvə zərbəsi mümkün deyil. Sualtı qayıqlarda ancaq strateji nüvə silahları yerləşdirilib (ondan istifadə isə istisna olunur);

5. Nüvə silahlarının böyük hissəsi xüsusi anbarlarda saxlanılır, fərqli mənbələrin verdiyi məlumata görə, söhbət 40-50 anbardan gedir (30-40 regional anbar, 10 milli). Anbarlar sovet vaxtında tikilib və ABŞ hərbi kəşfiyyatı tərəfindən 24 saat ərzində izlənilir;

6. Nüvə zərbəsi qərarı verilsə, nüvə başlığı anbardan çıxarılaraq xüsusi konteynerdə raket mövqeyinə aparılacaq. Başlıq xüsusi şüa buraxır, ABŞ hərbi kəşfiyyatı bu şüaları kosmosdan müəyyən edə bilir;

7. Ağ Ev və Kreml arasında nüvə təhlükəsizliyi üzrə qaynar telefon xətti mövcuddur. ABŞ-ın xəbəri olmadan heç olmasa 1 nüvə başlığının anbardan çıxarılması Ağ Ev tərəfindən hücuma hazırlıq kimi qiymətləndirilə bilər;

8. Nüvə zərbəsi əmrinin icrasının xüsusi zənciri var. Pentaqon hesab edir ki, hətta əmr veriləndən sonra belə zəncir sona çatdırılmaya bilər və əmr icra olunmayacaq.

Teqlər: