Kremlə hücumu kim təşkil edib? – Zelenski

Kremlə hücumu kim təşkil edib? – Zelenski

Ukrayna dövləti Kremlə qarşı heç bir hücum təşkil etməyib. Ukrayna dövləti silahdan öz ərazisini qorumaq üçün istifadə edir.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında Kremlə dron hücumu haqda söyləyib.

“Mən bu mesajı təkrarlaya bilərəm, düşünürəm ki, bu, hamıya aydın olacaq: biz nə Putinə, nə də Moskvaya hücum edirik”, – Zelenski vurğulayıb.

V.Zelenski bildirib ki, Ukrayna öz ərazisini, kənd və şəhərlərini qoruyur. Eyni zamanda, Ukraynanın hətta bu ehtiyaclar üçün kifayət qədər silahı yoxdur.

Qeyd edək ki, bu gün Rusiyada Ukraynanın dronların köməyi ilə Kremlə hücum edildiyinə dair ittihamlar səsləndirilib.

Teqlər: