İlya Ponomaryov (Rusiya Dövlət dumasının eks-deputatı – red.) deyib ki, Kremlə PUA ilə hücumu Putinə qarşı silahlı müxalifət həyata keçirib və o, bu insanları şəxsən tanıyır. Bütün bunlar yalandır. Rusiyada silahlı müxalifət yoxdur. Bu saxtakarlıqdan isə Ukraynanın hərbi kəşfiyyatı fəal şəkildə istifadə edir. Onun özü də Ukraynanın dəqiq hərbi kəşfiyyatının nəzarəti altında olan şəxs kimi tanınır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı polotoloq Sergey Markov deyib.
“Ona görə də Ponomaryovun sözləri açıq şəkildə göstərir ki, Kremldəki terror aktı məhz Ukraynanın hərbi kəşfiyyatı tərəfindən həyata keçirilib. Və bu kəşfiyyat ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə tabedir. Yəni, Kremlə hücum əslində Pentaqon tərəfindən həyata keçirilib. Bu acı reallıqdır. Və cavab olmadığı üçün belə hücumlar artacaq”, – o bildirib.