Rusiya Kiyevin hazırkı cəbhə xəttində atəşkəsə hazır olduğuna dair heç bir siqnal almayıb.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, “Corriere della Sera” nəşri Kiyevin ABŞ-dan təhlükəsizlik zəmanəti və AB-yə daxil olmaq müqabilində ərazilərin itirilməsini tanımadan hazırkı cəbhə xətti boyunca atəşkəsə hazır olduğu barədə məlumat yaymışdı.