Kremldən Vaşinqtona xəbərdarlıq: Birbaşa toqquşma…

Kremldən Vaşinqtona xəbərdarlıq: Birbaşa toqquşma…

Moskva Vaşinqton və digər Qərb ölkələrini nəzarətsiz eskalasiya təhlükəsi barədə xəbərdar edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Aydındır ki, ABŞ və NATO ilə birbaşa toqquşma Rusiyanın maraqlarına uyğun deyil. Biz ümid edirik ki, Vaşinqton və digər Qərb ölkələri təhlükəni dərk edəcəklər. Kiyevə davam edən genişmiqyaslı yardım, alyans ölkələrinin ərazisində Ukrayna silahlı birləşmələrinin şəxsi heyətinin hazırlanması, real vaxt rejimində kəşfiyyat məlumatlarının, peyk görüntülərinin verilməsi, artilleriya zərbələri üçün hədəflərin müəyyən edilməsi getdikcə daha çox Qərb ölkələrini münaqişəyə cəlb edir”, – o bildirib.

Ryabkov onu da qeyd edib ki, Rusiya adekvat, o cümlədən asimmetrik xarakterli əks tədbirlər görməyə məcbur olacaq.

Teqlər: