BMT səmərəsiz olmasına baxmayaraq, yeganə beynəlxalq mexanizm olaraq qalır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin BMT-yə alternativ yaratmaq təklifini şərh edərkən deyib.
“Hesab edirik ki, BMT sistemi gündəlikdəki həyati məsələlərdə səmərəsiz olmasına baxmayaraq, yeganə və mübahisəsiz beynəlxalq mexanizm olaraq qalır”, – o bildirib.
Kreml nümayəndəsi əlavə edib ki, bu təşkilata alternativ yaratmaq çox çətindir, çünki bu, beynəlxalq konsensus tələb edir: “Türkiyənin belə bir mexanizm yarada biləcəyini zaman göstərəcək”.