Kremldən təklif: Orduya yazıl, vətəndaşlıq al

Kremldən təklif: Orduya yazıl, vətəndaşlıq al

Rusiyada əcnəbilərə könüllü olaraq ordu sıralarına yazılmaq və avtomatik olaraq ölkə vətəndaşlığını almaq təklif edilir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Həmçinin Kreml orduya 10 milyon rubl maddi dəstək vermək üçün kommersiya strukturlarına ciddi təzyiqlərə başlayıb. Eyni zamanda, Rusiyanın Rostov vilayətindəki Kadamovski poliqonunda hərbi qüvvələrin hazırlanması və orduya daha çox əsgər cəlb edilməsi üçün səfərbərlərin təlimi gözlənilir. Əlavə heyət ilk növbədə Ukraynada daim itki verən “Vaqner” özəl hərbi şirkətinə və “Bars” qüvvələrinə göndəriləcək”, – məlumatda deyilir.

Teqlər: