Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya inamı ilə bağlı hər hansı dəyişiklikdən xəbərim yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov onu da vurğulayıb ki, Müdafiə Nazirliyində kadr dəyişiklikləri prezidentin səlahiyyətindədir və üsyanın yatırılması ilə bağlı Belarusun rəhbəri Aleksandr Lukaşenko ilə “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojin arasında təmaslar zamanı müzakirə oluna bilməz.
Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında üsyanın başladığı elan edildikdən sonra Rusiya müdafiə naziri Şoyqu heç bir açıqlama verməyib.