Rusiya İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarı öldürməsinin Yaxın Şərq üçün nəticələrindən narahatdır.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Əsas olan mülki əhali üçün müşahidə etdiyimiz nəticələrdir. Bu, ciddi narahatlıq yaradır. Həm Qəzzada, həm də Livanda müşahidə olunan humanitar fəlakət bizi ciddi narahat edən məsələdir”, – Peskov bildirib.