Kreml Rusiya Prezidenti Vladimir Putinin Avropanın yalnız iki liderini təbrik etməsinə münasibət bildirb.
AzerTimes xəbər verir ki, bu barədə danışan Kremlin mətbuat katibi Dmitri Peskov hazırda digər Avropa liderləri ilə əlaqələrin olmadığını deyib.
“Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adı çəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”, – Peskov söyləyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Milad və Yeni il bayramları ilə əlaqədar yalnız Serbiya prezidenti və Macarıstan baş nazirini təbrik edib.