Kremldən “Moskovi” adına reaksiya

Kremldən “Moskovi” adına reaksiya

Rusiya necə adlandırılmasından asılı olmayaraq, böyük ölkə olaraq qalacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın adının “Moskovi” olaraq dəyişdirilməsi təşəbbüsü ilə bağlı danışarkən deyib.

Peskov bildirib ki, bu cür mesajlar və ya qərarlar gülünc maraqlardır:

“Bununla bağlı çoxlu zarafatlar oldu, məncə, yeni zarafatlara ehtiyac yoxdur. Rusiya, kim onu ​​necə adlandırsa da, böyük dövlət, böyük ölkə olaraq qalacaq”.

Teqlər: