Kremldən Mahaçqala hadisələri ilə bağlı ilk şərh

Kremldən Mahaçqala hadisələri ilə bağlı ilk şərh

Mahaçqala hava limanında baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən informasiya təsirinin nəticəsidir.

AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Teqlər: