Şimali Koreya bizim yaxın qonşumuz, tərəfdaşımızdır. Biz bütün sahələrdə əlaqələri inkişaf etdiririk. Bu, bizim suveren hüququmuzdur. Bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib.
AzerTimes xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, Şimali Koreya hərbçilərinin Rusiya ərazisində hərbi təlim keçdiyi, onların daha sonra Ukrayna cəbhəsinə göndəriləcəyi xəbəri yayılıb.