Hazırda Ermənistandakı vəziyyətlə bağlı müxtəlif səviyyələrdə dialoqlar aparılır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xüsusilə bu çətin günlərdə Ermənistanla müxtəlif səviyyələrdə dialoq davam edir”, – o bildirib.
Peskov qeyd edib ki, Putin Paşinyanla telefon danışığı aparıb:
“Moskva Rusiya sülhməramlılarını nədəsə günahlandırmaq cəhdləri ilə razı deyil. Erməni tərəfi və Paşinyanla dialoqu davam etdirəcəyik, Qarabağ ermənilərinin bütün hüquqlarına riayət olunmasına çalışacağıq”.