Kremldən İrəvana sərt reaksiya: Mənfi qarşılayırıq!

Kremldən İrəvana sərt reaksiya: Mənfi qarşılayırıq!

Kreml rusiyalı jurnalistlərin və media menecerlərinin Ermənistana girişinə qadağa qoyulmasına mənfi reaksiya verib.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiyadan media menecerləri və jurnalistlərin ölkəyə girişinə qadağalar Rusiya-Ermənistan münasibətlərinə mane olmamalıdır. Moskva bu cür hadisələri mənfi qarşılayır”, – o bildirib.

O, Ermənistanın gələcəkdə belə hadisələrdən qaçacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, İrəvan jurnalistlər Aram Qabrelyanov və Marqarita Simonyan, habelə rusiyalı siyasətçi Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyub. Onlar arzuolunmaz şəxslər siyahısına salınıblar.

Teqlər: