Kreml LDPR nümayəndələrinin “prezident” postunun adını “hökmdar”la əvəz etmək təşəbbüsünü şərh edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu, yeni bir fikirdir. Bu məsələ ilə bağlı heç bir mövqe yoxdur”, – Kreml sözçüsü Dmitri Peskov cavab verib .
Xatırladaq ki, Liberal Demokrat Partiyasının nümayəndələri “prezident”postun adının dəyişdirilməsini təklif ediblər. Onların fikrincə, “dövlət başçısı” və ya “hökmdar” termini daha məqsədəmüvafiqdir.