Kremldən göstəriş: Efirə yalnız bu müğənnilər çıxacaq

Kremldən göstəriş: Efirə yalnız bu müğənnilər çıxacaq

Rusiyanın Prezident Administrasiyası regional hakimiyyət orqanlarına, mədəniyyət müəssisələrinə və dövlət şirkətlərinə Yeni il tədbirlərinin keçirilməsi ilə bağlı tövsiyələr göndərib. Kreml konsert proqramlarının formalaşmasında “vətənpərvər yönümlü” sənətçiləri efirə buraxmağı tapşırıb. Onların arasında Polina Qaqarina, Qriqori Leps, Aleksandr Marşal, Nikolay Rastorquyev, Stas Pyexa, Larisa Dolina və Yaroslav Dronov (Şaman) yer alır.

AzerTimes xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

“Hakimiyyət yeni ifaçıları – keçmiş “hərbi komissar”, Mariupoldan olan Akim Apaçev, ilhaq edilmiş “dxr”dan olan müğənnilər Natalya Kaçura, Marqarita Lisovina, reper RİÇ, həmçinin “Canqo”, “Naşi” və “Poslezavtra” qruplarını dəstəkləməyi də təklif edib”, – məlumatda deyilir.

Teqlər: