Kremlin sözçüsü Dmitri Peskov Suriya Prezidenti Bəşər Əsədin Rusiyaya güman edilən səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bu məsələdə deməyə sözüm yoxdur”, – o bildirib.
Qeyd edək ki, bir neçə Teleqram kanalı Suriya Prezidenti Bəşər Əsədin Rusiyada səfərdə olması ilə bağlı məlumat yaymışdı.