Rusiya həmişə vəziyyətin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub və danışıqların bərpası üçün hazırkı Ukrayna liderinin mövqeyinin dəyişməsini və ya ondan sonrakı prezidenti gözləməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“İndi biz ya hazırkı prezidentin mövqeyini dəyişməsini, ya da Ukrayna xalqının maraqları naminə öz mövqelərini dəyişəcək Ukraynanın gələcək prezidentini gözləyəcəyik”, – Dmitri Peskov bildirib.
Qeyd edək ki, Zelenski Rusiya ilə danışıqlardan rəsmən imtina edən fərman imzalayıb.
Ukrayna Rusiya ilə danışıqlar üçün “prezidentin dəyişməsini” gözləyəcəyini açıqlayıb.