Kremldən Blinkenə cavab: Biz tərk etmədik!

Kremldən Blinkenə cavab: Biz tərk etmədik!

ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olmadığı barədə açıqlamaları həqiqətə uyğun deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində deyib.

“Danışıqlar masasını Rusiya tərəfi tərk etməyib, bunu Ukrayna danışıqçıları ediblər. Prezident Putin bu cür danışıqlar aparmağa hazır olduğunu daim qeyd edib”, – o bildirib.

Teqlər: