Kremldən Belqoroddakı vəziyyətlə bağlı açıqlama

Kremldən Belqoroddakı vəziyyətlə bağlı açıqlama

Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu ilə döyüşün getdiyi Belqorod vilayətindəki vəziyyətlə bağlı məlumat verilib.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Müdafiə Nazirliyi, FTX və Sərhəd Xidməti Rusiya prezidentinə Ukrayna diversiya qrupunun Belqorod vilayətinə soxulmaq cəhdi barədə məlumat verib. Onların Rusiya ərazisindən çıxarılması və bu təxribat qrupunun məhv edilməsi istiqamətində işlər aparılır. Ərazidə kifayət qədər qüvvə və resurslar var”, – Peskov bildirib.

Teqlər: