Kremldən Bakı və İrəvana çağırış

Kremldən Bakı və İrəvana çağırış

Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır, onun inkişafını izləyir və tərəfləri təmkinli olmağa çağırır.

AzerTimes xəbər evrir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib:

“Həqiqətən də biz hadisələri diqqətlə izləyirik, təbii olaraq vəziyyətin gərginləşməsindən narahatıq, tərəfləri təmkinli olmağa, ən əsası məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”, – deyə Peskov bildirib.

Teqlər: