Kreml və Tehran haqda proznoz: Bakı hazırlaşmalıdır!

Kreml və Tehran haqda proznoz: Bakı hazırlaşmalıdır!

Dünya 2034-cü ildə necə olacaq? ABŞ-ın “Atlantic Council” beyin mərkəzi 300 analitik arasında keçirdiyi sorğuda bu suala cavab tapmağa çalışıb.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sorğuda iştirak edən analitiklərin 60 faizi 10 ildən sonra dünyanın daha pis vəziyyətdə olacağı qənaətindədir. Çox az analitik 10 ildən sonra Yaxın Şərqdə vəziyyətin normallaşacağına inanır, cəmi 5 analitikdən biri İsrailin Fələstinin müstəqilliyini tanıyacağını proqnozlaşdırıb:

“Analitiklərin əksəriyyəti 10 ildən sonra da Çinin inkişafı edəcəyini, bir hissəsi isə Rusiyanın çökəcəyini bildirib. Analitiklər Rusiya Prezidenti Vladimir Putinin 10 ildən sonra Kremldə olmayacağını proqnozlaşdırıblar. Analitiklərin təxminən 35 faizi 10 ildən sonra Rusiyada mərkəzdənqaçma meyillərinin güclənəcəyini bildirib. Sorğuya qatılanların yüzdə 84 faizi 10 ildən sonra dünyada ən azı bir dövlətin də nüvə silahına malik olacağı fikrindədir. Həmin dövlətin İran və ya Səudiyyə Ərəbistanı ola biləcəyi ehtimalı yüksəkdir. Bu mövzuda optimist proqnoz odur ki, sorğuya qatılanların əksəriyyəti 10 ildən sonra nüvə müharibəsinin baş verəcəyinə inanmır”.

Ekspertin sözlərinə görə, “Atlantic Council” beyin mərkəzinin nəticəsi doqma deyil, ancaq 300 analitikin 10 il sonra üçün verdiyi proqnozu nəzərə almamaq da mümkün deyil:

“Bizi daha çox iki qonşumuz – Rusiya və İranla bağlı nəticə maraqlandıra bilər. Birində mərkəzdənqaçma meyillərinin güclənəcəyi, digərində nüvə çalışmalarının sürətlənəcəyi proqnozlaşdırıb. Azərbaycan təhlükəsizlik və Türkiyə ilə hərbi ittifaqı gücləndirməklə qonşularımızda 10 il sonrakı hadisələrə hazırlaşmalıdır”.

Teqlər: