Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını əhəmiyyətli dərəcədə azaltmaq barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, hasilatın azaldılmasının “OPEK+”un qarşıdan gələn iclasında açıqlanması planlaşdırılır:
“Hasilatın nə qədər azaldılacağı hələ razılaşdırılmayıb, lakin Səudiyyə Ərəbistanı və Rusiya gündəlik 1-2 milyon barrel və ya daha çox azalma üçün səy göstərir”, – məlumatda deyilir.