Kreml Vatikanın təklifindən imtina etdi: Faydasızdır!

Kreml Vatikanın təklifindən imtina etdi: Faydasızdır!

Vatikanın Ukrayna ilə danışıqlar üçün platforma təqdim etmək təklifini alqışlayırıq, lakin bu faydasızdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, biz belə siyasi iradəni alqışlayırıq, lakin hazırda Ukrayna tərəfində olan de-fakto və de-yure vəziyyəti nəzərə alsaq, belə görüşlərə tələbat ola bilməz”, – Peskov söyləyib.

Qeyd edək ki, bir müddət öncə Vatikan iki ölkə arasında danışıqlarda vasitəçi olmağı təklif edib.

Teqlər: