Kreml Ukraynaya yeni hücuma hazırlaşır

Kreml Ukraynaya yeni hücuma hazırlaşır

Qərb, Ukrayna və Rusiya mənbələri Kremlin yeni hücuma hazırlaşdığını bildirir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, rusiyalı qondarma hərbi blogerlər Kremlin gözlənilən hücum və vəd edilmiş qələbə üçün əsas qüvvələrinin hələ də döyüşə girmədiyi barədə xəbərləri şişirdirlər:

“Stoltenberq və Timoçkonun bəyanatları Rusiya qüvvələrinin yaxın aylarda Luqansk bölgəsində hücuma başlayacağı ilə bağlı proqnozumuzu təsdiqləyir”.

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq, eləcə də Ukrayna Quru Qoşunlarının Ehtiyatlar Şurasının rəhbəri İvan Timoçko Kremlin yeni hücuma başlaması ilə bağlı bəyanat yaymışdılar.

Teqlər: