Kreml Ukraynanı, İran İsraili “silmək” istəyir

Kreml Ukraynanı, İran İsraili “silmək” istəyir

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı yer üzündən silmək istədiyi kimi, HƏMAS da İranın dəstəyi ilə İsraili yer üzündən silmək istəyir.

AzerTimes xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“HƏMAS-ın himayədarı olan İran ancaq xaos oduna yağ tökür. İrandan silah alan Rusiya da bunu diqqətlə izləyir. Rusiya və HƏMAS oxşardır. Tehrandakı dostları tərəfindən dəstəklənən bu terrorçular heç vaxt dayanmayacaqlar. Buna görə də İsrail beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malikdir. Və bu dəhşət qarşısında bizim kimi demokratik ölkələrin yalnız bir cavabı var: Biz İsrailin yanındayıq”, – Leyen bildirib.

Teqlər: