Rusiyanın iştirakı olmadan Ukrayna üçün sülh formulunun axtarışı heç bir nəticəsi, potensialı olmayan absurd prosesdir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, tez-tez xatırlanan “sülh formulu”nda sadəcə gözünüzü açıb faktlara baxmaq lazımdır. Onlar Rusiyanın iştirakı olmadan sülh formulunu axtarmağa çalışırlar. Bu, ən azı absurd prosesdir. Ciddi şəkildə desək, təbii ki, bu, heç bir nəticəsi, potensialı olmayan bir prosesdir”, – o bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar məsələsinin indi əhəmiyyətsiz olduğunu, lakin Kiyevin “sülh formuluna” malik olduğunu bildirmişdi.