Rusiya hərbi rəhbərliyindəki istefalar onu göstərir ki, Kreml Ukraynaya qarşı müharibədəki uğursuzluqlarına və yanlış hesablamalarına görə günahı generalların üzərinə atır.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, noyabrın 3-də Mərkəzi Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Lapinin yerinə general-mayor Aleksandr Linkov gətirilib.
“Bunun təsdiqlənməsi cəbhədəki uğursuzluqlar səbəbindən rus komandirlərinin dəyişdirilməsinin başqa bir nümunəsi olacaq. Bundan əvvəl Lapin Çeçenistan Lideri Ramzan Kadırov və “Vaqner”in rəhbəri Yevgeni Priqojin tərəfindən sərt tənqidlərə məruz qalırdı”, – hesabatda qeyd olunub.