Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə qlobal təhlükəsizliklə bağlı sensasion bəyanat hazırlaması ilə bağlı Teleqram kanallarında yayılan məlumatlar saxtadır.
AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, ötən gün 213 min nəfərlik auditoriyaya malik “Politdjoystik” Teleqram kanalında Putinin qlobal təhlükəsizlik məsələləri, o cümlədən Ukrayna ilə bağlı sensasion bəyanatla çıxış edəcəyinə dair məlumat yayılmışdı.