Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Rusiya Prezidenti Vladimir Putinin müharibədən əvvəl onunla söhbətində Londonu təhdid etməsi ilə bağlı açıqlaması həqiqətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, cənab Consonun dedikləri doğru deyil. Daha doğrusu, yalandır”, – o bildirib.
Peskov qeyd edib ki, Conson qəsdən yalan danışa bilər:
“Amma o da ola bilər ki, keçmiş baş nazir Putinin ona nə dediyini düzgün başa düşməyib. Buna görə də anlaşılmazlıq, çaşqınlıq yaranıb”.