Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qəribə açıqlama verib. O deyib ki, Rusiya Ukrayna ilə bağlı İranın vasitəçiliyini nəzərdən keçirməyə hazırdır. Niyə məhz İran? Türkiyə, Macarıstan, hətta Çin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün vasitəçilik təşəbbüsləri ilə çıxış etdilər, alınmadı. Bu dövlətlərin bacarmadığını İran bacaracaq?
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bu təklifdə hiylə var. Məsud Pezeşkian İran prezidenti seçilib. Ondan böyük gözləntilər var. Görünür, Rusiyanın siyasi və diplomatik dairələrində Məsud Pezeşkianın ölkəsinin xarici siyasətini korrektəyə çalışa biləcəyindən ehtiyat edirlər. Ona görə də ona reallaşması mümkün olmayan tapşırıq verirlər: Gəl, vasitəçi ol! Məsud Pezeşkian fəaliyyətinə niyə uğursuzluqla başlamalıdır?” – o bildirib.