Kreml təbliğatda uduzur, Feysbuk açıla bilər

Kreml təbliğatda uduzur, Feysbuk açıla bilər

Rusiya Federasiya Şurası yanında Blogerlərin Ekspert Şurası Vladimir Putinə və Dmitri Medvedyevə ölkə ərazisində İnstaqram və Feysbuk sosial şəbəkələrinin bloklanması qərarına yenidən baxılmasını xahiş edib.

AzerTimes xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Sənədlərin həqiqiliyini şuranın koordinatoru Valeri Rıtvina təsdiqləyib:

“Müraciət müəllifləri qeyd ediblər ki, sosial şəbəkələrin bloklanmasından sonra Rusiya ölkənin müsbət imicini formalaşdırmaq üçün effektiv kanalı, rusiyalı istifadəçilər isə ölkənin maraqlarını müdafiə edən məzmun yaratmaq imkanını itiriblər”.

Blogerlərin fikrincə, Rusiya Ukraynadakı əməliyyat zamanı informasiya müharibəsində hər gün mövqelərini itirir:

“Rusiya sosial şəbəkələri o qədər də populyar deyil, Feysbuk və İnstaqramın bloklanmasından altı aydan çox vaxt keçsə də, onlar qadağan olunmuş şəbəkələrin ekvivalent və effektiv əvəzedicisinə çevrilməyib”.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov hələlik bu barədə açıqlama verməyib. Dmitri Medvedyevin nümayəndəsi məktubun hələ alınmadığını və buna görə də hələlik ona reaksiya verilmədiyini bildirib.

Xatırladaq ki, sözügedən sosial şəbəkələr mart ayında “Rusiya vətəndaşlarına qarşı zorakılıq çağırışlarını ehtiva edən məlumatların yerləşdirilməsinə” görə bloklanıb.

Teqlər: