Kreml Stoltenberqin bəyanatına reaksiya verdi

Kreml Stoltenberqin bəyanatına reaksiya verdi

Kreml NATO Baş katibi Yens Stoltenberqin Çinin Rusiyaya müasir texnologiya və elektronika ilə kömək etməklə Avropada münaqişə yaratması barədə bəyanatına mənfi münasibət bəsləyir.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Digər tərəfdən, əminik ki, çinli dostlarımız özləri belə bəyanatlara layiqli qiymət verə bilərlər”, – o bildirib.

Qeyd edək ki, Stoltenberq Çinin İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırdığını bəyan etmişdi.

Teqlər: