Rusiya bütün gücü ilə Moldovada rusiyayönlü hakimiyyəti bərqərar etməyə çalışır.
AzerTimes xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
“Rusiyanın hökuməti sarsıtmaq, devirmək cəhdləri haqda əlimizdə sübutlar var. Rusiya cəhd edir ki, Ukraynaya qarşı istifadə etmək üçün Kişinyovda, Belarusda olduğu kimi, rusiyayönlü hökumət qursun”, – prezident bildirib.