Kreml Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə açıqlama verib

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir
Zelenski arasında görüş məsələsində hələlik irəliləyiş yoxdur.

Trend-in
məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov
deyib.

O Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların
yekununda prezidentlərin görüşü ilə bağlı hər hansı addımın
gözlənilmədiyini bildirib.

Qeyd edək ki, iki ölkə nümayəndələri arasında danışıqların
növbəti mərhələsi martın 28-30-da İstanbulda keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)