Kreml qorxuya düşdü: Yeni qiyam təhlükəsi…

Kreml qorxuya düşdü: Yeni qiyam təhlükəsi…

Kreml hesab edir ki, Rusiyada Priqojinin öldürülməsindən sonra yeni hərbi qiyam təhlükəsi yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə “Moskva Tayms” Kremldəki iki mənbəyə istinadla məlumat yayıb.

“Moskvanın 200 km-liyinə yaxınlaşan tanklar 20 ildən çox hakimiyyətdə olan Vladimir Putində silinməz izlər buraxdı. Priqojin nəinki ordu komandanlığına etiraz etdi, həm də prezidentin şəxsi əmrinə tabe olmadı və buna görə də rejim üçün təhlükə kimi tanındı. Priqojinin mirası Ukrayna, Afrika və Yaxın Şərqdə döyüş təcrübəsi olan, Teleqram kanalları və siyasi texnoloqların media imperiyası tərəfindən dəstəklənən hərbi hissələrdir. İndiki vəziyyətdə Kreml “Vaqner”i saxlaya bilməyəcək. Vaqnerçilərin əksəriyyəti Priqojinin ölümündə hakimiyyəti günahlandırırlar, hakimiyyət də belə riskləri kənara itələyə bilməz. Putin gələcəkdə böhranın təkrarlanmaması üçün “Vaqner”ə daha möhkəm nəzarət etmək istəyir”, – məlumatda vurğulanıb.

Teqlər: