Kreml Qərbin yorulmasını gözləyir

Kreml Qərbin yorulmasını gözləyir

Kreml gözləyir ki, Qərb dövlətləri Ukraynadan bezsinlər, silah göndərməyi dayandırsınlar. Bu zaman Ukraynanı ələ keçirmək daha asan olacaq.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.

“Bu, Rusiyanın müasir müharibə dərsliklərinin bir hissəsidir. Onlar həmişə Qərb ölkələrinin diqqətinin yayınacağını gözləyirlər. Müharibənin ilk mərhələsində Qərb ölkələrinin sanksiyalar ətrafında və hərbi yardımda Ukraynaya dəstəyi Vladimir Putini təəccübləndirdi. Bu, fantastik idi, lakin təəccüblü deyildi”, – səfir bildirib.

Simmons qeyd edib ki, beynəlxalq sistemdə müzakirələr davam etdirilir:

“Müəyyən dərəcədə mediada yorğunluq hiss edə bilərsiniz və bu, tamamilə təbiidir. Siyasi məkanda isə heç kim Ukrayna məsələsinin əhəmiyyətinin azaldığını, yorucu olduğunu düşünmür. Bu ilin soyuq aylarında sizi daha çox sınaqlar gözləyir. Çox şey beynəlxalq ictimaiyyətin hansı qərarlar qəbul edəcəyindən, Rusiyanın enerji daşıyıcılarından asılılığını nə dərəcədə azalda biləcəyindən asılıdır”.

Teqlər: