Rusiya Prezidenti Vladimir Putin cümə axşamı regiona səfər edəcək. Onun hansı bölgəyə gedəcəyi açıqlanmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Region səfəri planlaşdırılıb. Məlum səbəblərdən indi regional səfərləri elan etmirik, ziyarət ediləcək yerlərin adını əvvəlcədən açıqlamırıq. Bunu bu gün ərzində edəcəyik”, – o bildirib.