Rusiya rəsmiləri və təbliğatçıları Ukraynanı hərbi jurnalist Vladlen Tatarskinin qətlində ittiham etməyə tələsdilər, baxmayaraq ki, onun aradan götürülməsində Kreml daxilindəki qüvvələr iştirak edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Tatarskinin “Vaqner” rəhbərinin barında öldürülməsi, çox güman ki, Priqojinin iştirakı ilə Rusiyadaxili münaqişələrin artması tendensiyasıdır. Onun öldürülməsi ehtimal ki, Kremlin Ukraynadakı müharibə ilə bağlı əsas təbliğat tezislərini şübhə altına alan Priqojinə xəbərdarlıq idi.
Bu sui-qəsd informasiya məkanına nəzarəti gücləndirmək istəyən Kremlin əlinə oynaya bilər”, – hesabatda qeyd olunub.